Məleykə Abbaszadə: "Son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb"

Məleykə Abbaszadə: "Son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb" "Respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti müxtəlifdir"
Elm və təhsil
3 Mart , 2015 13:13
Məleykə Abbaszadə: Son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb

Bakı. 3 mart. REPORT.AZ/ "Son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb. Yalnız bunu demək kifayətdir ki, 2008-2014-cü illər ərzində bu azalma 16,44%-ə bərabər olub". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə "Gənclərin peşə seçiminin gender aspektləri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti müxtəlifdir və bu göstərici geniş diapozonda dəyişir: "Bunun səbəbini respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qızların qəbul kampaniyasında müxtəlif dərəcədə iştirak etməsi ilə izah etmək olar. Əgər eyni bir zonaya aid olan Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 16-31% təşkil edirsə, respublikanın şimal-qərbində yerləşən Qax, Zaqatala və Balakən bölgələrindən olan abituriyentlər arasında onların nisbi sayı 56-63%-dir".

O, həmçinin əlavə edib ki, oğlan və qızların ixtisas qruplarına münasibətləri fərqlidir: "Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox "Riyaziyyat, fizika və mühəndislik" (I qrup) və "İqtisadiyyat və idarəetmə" (II qrup) ixtisaslarınadır. Azərbaycan bölməsində oğlanların 71,46, rus bölməsində isə 78.52 faizinin istəyi bu iki ixtisas qrupuna yönəlib. Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir və qeyd etmək lazımdır ki, bu maraq ildən-ilə heç də zəifləmir".

Son xəbərlər

Orphus sistemi