Bakı. 1 may. REPORT.AZ/ “Son 4 ildə mətkəblərdə keyfiyyətin davamlı müsbət dinamikası müşahidə edilib. 2012-ci illə müqayisədə ötən il buraxılış imtahanlarında müsbət nəticələr göstərənləri sayı 17 faiz artıb”.
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
O bildirib ki, VI sinif şagirdləri arasında aparılan tədqiqatlar nazirliyin tabeçiliyində olan lisey və gimnaziyalarda ən yüksək nəticə əldə olunduğunu deməyə əsas verir: “Bakının digər inzibatı rayonarında isə xüsusilə Pirallahı, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayonlarında nəticə orta göstəricidən az olub. Digər rayonlarda isə göstəricilər orta baldan yüksək olub”.
Şöbə müdiri qeyd edib ki, nazirliyə tabe olan məktəblərdə şagirdlərin 84%-i resursla (televizor, kompyuter, internet, əlavə kitab və s) təmin olunub: “Xəzər, Qaradağ, Sabunçu rayonunda 55% şagirdin bu resurlara çıxışı var. Nazirliyin tabeçiliyində olan liseylərdə 82% uşağın anası ali təhsillidir. Məktəbəhazırlıqda da eyni hal müşahidə olunur. Məktəblər arasında da bu göstərici bərabər paylanmayıb”.