Şöbə müdiri: "Olimpiadalara hazırlıq mərkəzlərində 300-dən çox şagird məktəbdənkənar dərslərdə iştirak edir"

Şöbə müdiri: "Olimpiadalara hazırlıq mərkəzlərində 300-dən çox şagird məktəbdənkənar dərslərdə iştirak edir" Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında, əsasən, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə iştirak edirlər.
Elm və təhsil
17 Dekabr , 2019 17:06
Şöbə müdiri: Olimpiadalara hazırlıq mərkəzlərində 300-dən çox şagird məktəbdənkənar dərslərdə iştirak edir
Fuad Qarayev / Report / Elchin Murad

"Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında, əsasən, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə iştirak edirlər".

"Report" xəbər verir ki, bunu Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, ölkədə beynəlxalq olimpiadalara hazırlıq üçün məktəblərdə beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb: "Bu gün həmin mərkəzlərdə 300-dən çox şagird məktəbdənkənar dərslərdə iştirak edir. Mərkəzlərdə yerli və xaricdən dəvət olunmuş professorlar şagirdlərə dərs keçir".

F.Qarayev bildirib ki, respublika fənn olimpiadalarında, əsasən, IX-XI sinif şagirdləri iştirak edirlər: "Xüsusi istedada malik 8-ci sinif şagirdlərinin də bu olimpiadalarda iştirakına şərait yaradırıq. Beynəlxalq olimpiadalarda şagirdlərin daha yaxşı nəticə əldə etməsi üçün onlarla daha aşağı yaşlardan işləmək vacibdir. Həmin uşaqların fənnləri dərindən öyrənilməsinə maraqlarının artırılması olduqca əhəmiyyətlidir". 

Son xəbərlər

Orphus sistemi