Şimali Kipr əcnəbi tələbələrə yeni güzəştlər tətbiq edəcək

Şimali Kipr əcnəbi tələbələrə yeni güzəştlər tətbiq edəcək “Hər il dövlətimiz məhdud imkanlarına baxmayaraq azərbaycanlı tələbələrə təqaüd verir”.
Elm və təhsil
9 Sentyabr , 2020 17:42
Şimali Kipr əcnəbi tələbələrə yeni güzəştlər tətbiq edəcək
0 : 00
0 : 00

“Hər il dövlətimiz məhdud imkanlarına baxmayaraq, azərbaycanlı tələbələrə təqaüd verir”.

Bunu "Report"a açıqlamasında Şimali Kipr Türk Respublikasının (ŞKTR) Bakıdakı nümayəndəliyinin Təhsil və mədəniyyət məsələləri üzrə attaşesi Tevfik Ulual bildirib.

O qeyd edib ki, Şimali Kipr universitetlərini seçən azərbaycanlı tələbələrin sayı az deyil: “Ölkəmizə təhsil məqsədilə gələnlərin sayında son illərdə azalma müşahidə edirik. Bu azalmanın səbəbləri dünyadakı qlobal dəyişikliklər, rəqabətin güclənməsi, universitetlərin sayının çoxalması və s. Ancaq bununla belə, Azərbaycandan Şimali Kipri seçən tələbələr çoxdur. Bir qismi imtahan, digər qismi isə attestat vasitəsilə qəbul olurlar. Bu il də təqaüd müraciətləri olub. Yeri gəlmişkən, nəticələrin sentyabrın 15-dək açıqlanacağı gözlənilir”.

T.Ulual deyib ki, Şimali Kiprdə bu ildən etibarən tələbələr üçün yeni güzəştlər tətbiq edilməyə başlanılacaq: “Təhsil Nazirliyimiz xarici tələbələrə ölkəmizə gəlməyi təşviq etmək məqsədilə bu il “Tələbə Dostu Ada” layihəsinə start verib. Bu ildən etibarən vətəndaşlığından asılı olmayaraq təhsilə başlayan tələbələrin hamısı üçün “Ada kart” layihəsi həyata keçiriləcək. Bu, bank kartı kimi olacaq. Şimali Kipr Türk Respublikası bu kartlara 500 türk lirəsi köçürəcək. Tələbələr bu kart vasitəsilə istədiyi əməliyyatları edə bilər: adi xərcləmələr, pul köçürmələri və s. Üstəlik, kart sahibi olan tələbələr müxtəlif iaşə obyektlərində endirim əldə edə biləcəklər. Bununla bağlı müzakirələr gedir. Hazırda Şimali Kiprdə 146 ölkədən tələbə təhsil alır. Azərbaycanlı tələbələrin sayı isə 400 civarındadır”.

Son xəbərlər

Orphus sistemi