Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanı keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanı keçirilib Bakı. 21 dekabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.
Elm və təhsil
21 Dekabr , 2018 16:44
Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi / Report

Bakı. 21 dekabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.

Bu barədə "Report"a DİM-in Mətbuat xidmətindən məlumat verilib.

İmtahan saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb. Bildirilib ki, proses təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanda iştirak etmək üçün 71 namizəd qeydiyyatdan keçib. Onlardan 1 nəfər imtahana gəlməyib.

İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub.

Son xəbərlər

Orphus sistemi