Serhiy Şkarlet: "Azərbaycandan sorğu qəbul etməyə, araşdırma aparmağa hazıram" - EKSKLÜZİV

Serhiy Şkarlet: "Azərbaycandan sorğu qəbul etməyə, araşdırma aparmağa hazıram" - EKSKLÜZİV "Abituriyentlər və valideynlər, xaricdə təhsil şirkətlərinin nümayəndələri əsas diqqəti lisenziyanın olub-olmamasına yönəltməlidir"
Elm və təhsil
516
7 May , 2021 12:28
Serhiy Şkarlet: Azərbaycandan sorğu qəbul etməyə, araşdırma aparmağa hazıram -  EKSKLÜZİV

"Ukraynada universitet seçimi zamanı təhsil fəaliyyəti aparmaq üçün lisenziyanın və akkreditasiya sertifikatının olub-olmamasına diqqət yetirmək lazımdır. Bu iki sənəddən biri olmadıqda universitetin fəaliyyəti qanunsuz sayılır".

Bu barədə “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın təhsil və elm naziri Serhiy Şkarlet bildirib.

“Ukraynada bütün mülkiyyət formaları bərabər tutulduğu üçün istər dövlət, istərsə də özəl universitetlərdə əvvəla, müvafiq lisenziya və akreditasiya sənədinə diqqət yetirilməlidir. Məlum olduğu kimi, hər bir universitet məhz lisenziya əsasında təhsil fəaliyyəti ilə məşğul olur, yəni lisenziyası olmayan universitetə daxil olmaq olmaz. Bu günə qədər hər hansı bir universitetə dair şikayət olmayıb. Olarsa, Azərbaycan Təhsil Nazirliyindən, yaxud ayrı-ayrı vətəndaşlardan sorğu qəbul etməyə, araşdırma aparmağa hazıram. Əslində hansısa universitetin lisenziya almadan fəaliyyət göstərərək sadəlövh əcnəbilərdən pul qoparması halları istisna edilmir. Ona görə də abituriyentlər və valideynlər, xaricdə təhsil şirkətlərinin nümayəndələri əsas diqqəti lisenziyanın olub-olmamasına yönəltməlidir. Bundan başqa, akreditasiya sertifikatı universitetin diplom vermək hüququnu təsdiqləyir. Bu iki sənəddən biri olmadıqda universitetin fəaliyyəti qanunsuzdur”, – S.Şkarlet deyib.

Qeyd edək ki, bu ilin aprelində xaricdə təhsil almış 67 Azərbaycan vətəndaşının diplomu tanınmayıb.

Son xəbərlər

Orphus sistemi