Səmanın ən dolğun rentgen xəritəsi yaradılıb

Səmanın ən dolğun rentgen xəritəsi yaradılıb eROSITA rentgen teleskopunun köməyi ilə səma skan edilib.
Elm və təhsil
10 İyul , 2020 11:42
Səmanın ən dolğun rentgen xəritəsi yaradılıb

eROSITA rentgen teleskopunun köməyi ilə səma skan edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, xəritədə Süd yolu və onun hüdudları xaricində müşahidə edilən energetik obyekt və hadisələrin bütün növləri göstərilib.

Səmanın skan edilməsinə ötən ilin dekabrında başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. Bu, səmanın eROSITA tərəfindən növbəti bir neçə il ərzində aparılacaq səkkiz çəkilişindən yalnız birincisidir.

Çəkilişlərin gedişatı zamanı kosmosdakı təxminən 1,1 milyon rentgen şüası mənbəyi kataloqa salınıb. Buraya Süd yolunun ulduzları, eləcə də digər qalaktikaların mərkəzlərində, Yerdən milyardlarla işıq ili məsafədə yerləşən ağır çəkili qara dəliklər daxildir.

Yeni xəritədə insanların zəif şüa səbəbindən görə bilmədiyi obyektlər göstərilib.

eROSITA-ın şəkilləri astronomlara daha çox rentgen mənbəyi aşkarlamağa kömək etməklə yanaşı, həm də obyektlərin zamanla necə dəyişdiyini izləməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi