Səfir: "Pakistan azərbaycanlı tələbələri üçün təqaüd proqramı açıb, amma bu, hələ maraq doğurmayıb"

Səfir: "Pakistan azərbaycanlı tələbələri üçün təqaüd proqramı açıb, amma bu, hələ maraq doğurmayıb" Azərbaycanda Pakistandan olan 30 tələbə təhsil alır
Elm və təhsil
5 Fevral , 2016 11:19
Səfir: Pakistan azərbaycanlı tələbələri üçün təqaüd proqramı açıb, amma bu, hələ maraq doğurmayıb

Bakı. 5 fevral. REPORT.AZ/ "2015-ci ildə Pakistan Bakı Dövlət Universitetinin tələbələri üçün 50 təqaüd yeri açıb. Amma təəssüf ki, bu proqrama hələ maraq yoxdur".

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser deyib.

Səfir, həmçinin hazırda Bakıda Pakistandan olan 30 tələbənin təhsil aldığını məlumat verib: "Əvvəl bu say daha çox idi. Amma dil probleminə görə onların sayı azalıb".

X.U.Qayser eyni zamanda Türk Hava Yolları vasitəsilə həyata keçirilən Bakı-İslamabad birbaşa reysləri barədə məlumatın daha çox yayılmasının vacibliyini qeyd edib.