Səfir: "Azərbaycanın ali təhsil müəssisələri belaruslu tələbələrdə maraq doğurur"

Səfir: "Azərbaycanın ali təhsil müəssisələri belaruslu tələbələrdə maraq doğurur" Bakıda "Azərbaycanda Belarus təhsil günləri" adlı təhsil forumu keçirilir
Elm və təhsil
5 Mart , 2018 15:06
Səfir: Azərbaycanın ali təhsil müəssisələri belaruslu tələbələrdə maraq doğurur
Belarusiyanın Azərbaycandakı səfiri Gennadi Axramoviç / Report / Orkhan Azim

Bakı. 5 mart. REPORT.AZ/ "Hazırda Azərbaycanla Belarus arasında təhsil sahəsində münasibətlər olduqca aktivdir. Bu sahədə, ümumilikdə, 35-dək müqavilə və anlaşma imzalanıb".

"Report"un verdiyi xəbərə görə, bu barədə bu gün Bakıda işə başlayan "Azərbaycanda Belarus təhsil günləri" adlı Təhsil Forumunda bu ölkənin Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

Tədbirdə iştirak edən 20-dən çox Belarus ali təhsil müəssisəsinin nümayəndələri təhsil ocaqlarının imkanlarını təqdim ediblər.

Səfirin sözlərinə görə, hazırda Belarusda 100-dək azərbaycanlı tələbə təhsil alır: "Azərbaycanın ali təhsil müəssisələri belaruslu tələbələr arasında maraq doğurur."

Son xəbərlər

Orphus sistemi