Səbail rayonu üzrə “Məktəb seminarları” layihəsi başa çatıb

Səbail rayonu üzrə “Məktəb seminarları” layihəsi başa çatıb Təlim-seminarda məktəb direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri iştirak edib
Elm və təhsil
3 Noyabr , 2016 17:35
Səbail rayonu üzrə “Məktəb seminarları” layihəsi başa çatıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Səbail rayonundakı 189-190 nömrəli tam orta məktəbdə “Məktəb seminarları” layihəsi çərçivəsində sonuncu təlim-seminar keçirilib.

"Report" xəbər verir ki, təlim-seminar çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyən olunan mövzularda sessiyalar təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir.

Təlim-seminarda çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva layihənin keçirilmə məqsədlərindən və əldə olunan nəticələrdən danışıb. O, direktorlar qarşısında “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edib.

Səmərəli məktəbin formalaşdırılması prosesində zəruri olan tədbirləri sadalayan M.Vəliyeva əsas fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulan məsələlərin yerinə yetirilməsinin səmərəli məktəbin yaradılması prosesində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Təlim-seminarda BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova “Rayon üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimat və müzakirəsi” mövzusunda məruzə edib.

Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində Bakının hər bir rayonu üzrə keçirilən təlim-seminarlarda bütün ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər əvvəlcədən müəyyən olunan mövzularda ayrı-ayrı sessiyalarda iştirak ediblər. 4000 nəfərə yaxın iştirakçının qatıldığı təlim-seminarlarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, məktəb rəhbəri, müəllim, valideyn və şagirdləri maraqlandıran məsələlərə aydınlıq gətirilib. 

Son xəbərlər

Orphus sistemi