Bakı. 7 noyabr. REPORT.AZ/ "Azərbaycan dilinin reklam işində istifadə edilməsində də ciddi qüsurlar müşahidə olunur, əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir, televiziya ekranlarında bəzən filmlər dublyaj edilmədən göstərilir, Azərbaycan dilinin tətbiq dairəsi süni olaraq məhdudlaşdırılır, səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. Göstərilən qüsurları aradan qaldırmaq üçün qəbul edilmiş dil sənədlərində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur və həmin proses hazırda davam etməkdədir".
“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadiqova "Xalq qəzeti"ndə dərc olunan məqaləsində dilə gətirib.
"Bu baxımdan dil qanunvericiliyi ictimai-mənəvi həyatımızın bütün sahələrində Azərbaycan dilinin tam tətbiqinə rəvac verir. Azərbaycan Respublikasının Prezidenti
S.Sadiqova qeyd edib ki, dünya azərbaycanlılarının ümumi ünsiyyət vasitəsi, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin lokal tarixi və müasir nüfuzunun qorunub saxlanması milli-ictimai ehtiyac, mənəvi-mədəni borcumuzdur.
O, bundan əvvəl internetin cəmiyyətə nüfuzunun sürətlənməsinin ədəbi dil normalarının qorunmasını çətinləşdirdiyini bildirib.