Şamaxı Astrofizika Rəsədxanası bürclərin yerlərinin dəyişməsi barədə xəbərlərə münasibət bildirib

Şamaxı Astrofizika Rəsədxanası bürclərin yerlərinin dəyişməsi barədə xəbərlərə münasibət bildirib "13-cü bürc yeni yaranmayıb, hər zaman mövcud olub"
Elm və təhsil
8 Sentyabr , 2016 15:22
Şamaxı Astrofizika Rəsədxanası bürclərin yerlərinin dəyişməsi barədə xəbərlərə münasibət bildirib

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Nə ulduzlar, nə Günəş sistemi, nə də bürclər yerini dəyişib. Bürclərin varlığı qəbul olunan vaxtdan Günəş sistemi 13 bürcdən keçir".

Bunu "Report"a açqılamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.

O bildirib ki, səmada bürclər yerini dəyişməyib, sadəcə 13-cü bürcü insanlar tərəfindən qəbul olunmuş sistemə daxil etdikdə bürclərlə bağlı tarix dəyişir: "13-cü bürc hər zaman olub. Ancaq bürcləri aylar üzrə götürmək daha rahat olduğu üçün 12 bürc kimi qəbul olunub. Əslində isə əqrəb bürcündən sonra Günəş sistemi 13-cü - ilandaşıyan bürcündən keçir. Sadəcə olaraq ilandaşıyan bürcünün vaxtı az olduğundan bürclər sistemində adı çəkilmir, 12 bürcün adı vurğulanılr. 13-cü bürcü həmin siyahıya saldıqda isə avtomatik olaraq bürclərin tarixi dəyişir".

X.Mikayılov onu da bildirib ki, Günəş sisteminin bürclərdən keçmə müddəti fərqlidir. Belə ki, hər bürcün müddəti indi qəbul edildiyi kimi 1 ay deyil, 20 və ya 40 gün çəkə bilir.

Xatırladaq ki, sosial şəbəklərdə ulduzların Yer kürəsinə görə istiqamətlərini dəyişdiyi və bu səbəbdən bürc tarixləri dəyişdirildiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi