Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb

Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi portalında və bu məqsədlə yaradılan Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılıb.
Elm və təhsil
248
16 Sentyabr , 2019 09:20
Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi portalında və bu məqsədlə yaradılan Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılıb.

"Report" xəbər verir ki, sorğuların qəbulu oktyabrın 15-dən davam etdiriləcək.   

Bu günədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 46 mindən çox müraciət daxil olub. 

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi bu ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilirdi.

Son xəbərlər

Orphus sistemi