Şagirdlərin yerdəyişməsi dayandırılır

Şagirdlərin yerdəyişməsi dayandırılır 11 sentyabr saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır.
Elm və təhsil
11 Sentyabr , 2020 14:03
Şagirdlərin yerdəyişməsi dayandırılır
0 : 00
0 : 00

11 sentyabr saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır.

Təhsil Nazirliyindən "Report"a bildirilib ki, səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması  prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərinin əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri məktəbə təqdim olunmasını təmin etməlidirlər.

Yerdəyişmə portalının oktyabrın ilk həftəsində yenidən açılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi