Şagird və abituriyentlərə ixtisas seçiminə kömək məqsədilə seminarlar təşkil ediləcək

Şagird və abituriyentlərə ixtisas seçiminə kömək məqsədilə seminarlar təşkil ediləcək Layihə mart ayından etibarən başlayır və tədris ilinin sonunadək davam edəcək
Elm və təhsil
7 Mart , 2016 17:23
Şagird və abituriyentlərə ixtisas seçiminə kömək məqsədilə seminarlar təşkil ediləcək

Bakı. 7 mart. REPORT.AZ/ “Təhsil” Cəmiyyəti Qeyri-hökümət təşkilatı şagird və abituriyentlərə ixtisas seçimi öncəsi peşəkar kömək məqsədilə məktəblərdə ödənişsiz seminarlar təşkil edəcək.

"Report" xəbər verir ki, layihə Təhsil Nazirliyinin icazəsi, Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi orta ümumtəhsil məktəblərinin IX-X-XI sinif şagirdlərinin istək və qabiliyyətlərinə uyğun peşəni seçməsi, Azərbaycanın kadr ehtiyaclarına görə gənclərin yönləndirilməsini nəzərdə tutan seminar-təqdimatların keçirilməsi və bunun üçün davamlı mexanizmin qurulmasıdır. Seminara dəvət olunan peşə sahibləri ixtisaslarına uyğun olaraq şagirdlərə təqdimatlar edəcək, ixtisaslarının əhəmiyyətini izah edəcəklər. Psixoloqlar isə ixtisas seçimində düzgün yönləndirmə və diqqət edilməli məqamlar barədə məlumat verəcəklər.

Layihə mart ayından etibarən başlayır və tədris ilinin sonunadək davam edəcək. Seminarlar Bakı məktəblərində keçirilir. İlkin seminarlar 5 və 9 saylı orta məktəblərdə keçirilib. Seminarlarda memar, komputer mühəndisi, qida mühəndisi, neft-qaz mühəndisi kimi müxtəlif peşə sahibləri şagirdlərlə görüşüblər. Layihə nəticəsində şagirdlər bilik və istəkləri istiqamətində düzgün ixtisaslara yönləndiriləcəklər. Layihə peşələrin düzgün şəkildə tanıdılması ilə yanaşı, Təhsil Nazirliyinin Peşə Seçiminə Dəstək Sistemi (PSDS) layihəsinə yardımçı olacaq.

Qeyd edək ki, “Təhsil” Cəmiyyəti 9 layihəni müvəfəqiyyətlə həyata keçirib. Layihələr Evraziya Fondu, Açıq Cəmiyyət İnstitutu, Yaponiya səfirliyi, Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutu, Prezident yanında QHT-lərə Dəstək Dövlət Şurası hesabına aparlıb.

Son xəbərlər

Orphus sistemi