Sabiq rektor: "Ümid edirəm, universitetimiz öz tarixi inkişafına sadiq qalacaq"

Sabiq rektor: "Ümid edirəm, universitetimiz öz tarixi inkişafına sadiq qalacaq" “Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin əsgəri kimi dövlətimizə xidmət etmək üçün daim cəsarət və sədaqətlə çalışmışam”.
Elm və təhsil
20 İyul , 2022 15:49
Sabiq rektor: Ümid edirəm, universitetimiz öz tarixi inkişafına sadiq qalacaq

“Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin əsgəri kimi dövlətimizə xidmət etmək üçün daim cəsarət və sədaqətlə çalışmışam”.

Bu sözləri “Report”a açıqlamasında ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilən Akif Süleymanov deyib.

O, göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Sabiq rektor bildirib ki, 2013-cü ildən Azərbaycan Texnologiya Universitetində şəffaflığın yaradılması və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı iş aparılıb: “Görülən islahatlar nəticəsində 2016-cı ildə Azərbaycan Texnologiya Universiteti Təhsil Nazirliyinin sifarişi ilə tələbələr arasında keçirilmiş sorğuya əsasən Azərbaycanda “Ən şəffaf dövlət universiteti” seçildi. Bu müddət ərzində öz imkanlarımız daxilində universitetimizin inkişafı üçün bir sıra mühüm işlər görüldü və ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Vəzifəmin son gününə kimi heç bir təhdidlərə və təzyiqlərə baxmayaraq canım bahasına Milli Dövlətçiliyimizin düşmənlərinə qarşı Prezidentin əsgəri kimi mübarizə apardım”.

A.Süleymanov ümid edib ki, Azərbaycan Texnologiya Universiteti bundan sonra da öz tarixi inkişafına sadiq qalacaq və yeni uğurlara imza atmaqda davam edəcək.

Xatırladaq ki, Akif Şamil oğlu Süleymanov iyulun 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilib.

71 yaşlı A.Süleymanov 2013-cü ildən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsində çalışırdı.

Son xəbərlər

Orphus sistemi