Sabahdan ali məktəblərə qeydiyyat başlayır

Sabahdan ali məktəblərə qeydiyyat başlayır Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təhsil müəssisələri üzrə onlayn qeydiyyatına başlanılacaq.
Elm və təhsil
2848
6 Sentyabr , 2021 12:32
Sabahdan ali məktəblərə qeydiyyat başlayır

Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təhsil müəssisələri üzrə onlayn qeydiyyatına başlanılacaq.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, tələbə adını qazanan şəxslər sentyabrın 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Son xəbərlər

Orphus sistemi