SABAH qruplarında müəllim qəbulu başlayıb

SABAH qruplarında müəllim qəbulu başlayıb Namizədlər yanvar ayının 20-i saat 18:00-dək müraciət edə bilərlər
Elm və təhsil
17 Yanvar , 2017 15:15
SABAH qruplarında müəllim qəbulu başlayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Təhsil Nazirliyinin SABAH qruplarında müəllim qəbulu başlayıb.

"Report"un məlumatına görə, SABAH qruplarında 2016/2017-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunurlar. 

Öhdəliklərə kurs sillabusunun hazırlanması, bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması, tələbə biliyinin vaxtında qiymətləndirilməsi daxildir. Namizədlərə əlaqədar sahədə fəlsəfə doktoru və ya magistr dərəcəsi olan, İKT və sahə bilikləri yüksək səviyyədə olan, innovativ tədris metodikalarından istifadə edə bilən, müasir pedaqoji yanaşmalardan xəbərdar olan, dinamik, pozitiv və ünsiyyətcil tələbləri qoyulur.

Tələblərə cavab verən namizədlər sənədlərini [email protected] ünvanına göndərmələri xahiş olunur. Seçim zamanı sahə üzrə ali tədris təcrübəsi olan, PhD və xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək. Müraciət zamanı ən çoxu 3 fənn seçmək olar.

Namizədlər yanvar ayının  20-i saat 18:00-dək müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi