SABAH qruplarına tələbə seçimi müsabiqəsinin II mərhələsi keçiriləcək

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin II mərhələsi keçiriləcək Bakı. 4 iyun. REPORT.AZ/ SABAH qruplarına 2018-2019-cu tədris ili üçün tələbə seçimi müsabiqəsinin birinci mərhələsi başa çatıb. Bu mərhələdə 1712 tələbə elektron ərizəni müvəffəqiyyətlə tamamlayıb, 1645 tələbənin ərizəsi təsdiqlənib, 67 tələbənin ərizəsi isə müsabiqə qaydalarına uyğun olmadığı üçün ləğv edilib.
Elm və təhsil
4 İyun , 2018 15:06
SABAH qruplarına tələbə seçimi müsabiqəsinin II mərhələsi keçiriləcək
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ SABAH qruplarına 2018-2019-cu tədris ili üçün tələbə seçimi müsabiqəsinin birinci mərhələsi başa çatıb. Bu mərhələdə 1712 tələbə elektron ərizəni müvəffəqiyyətlə tamamlayıb, 1645 tələbənin ərizəsi təsdiqlənib, 67 tələbənin ərizəsi isə müsabiqə qaydalarına uyğun olmadığı üçün ləğv edilib.

Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

SABAH qruplarına 2018-2019-cu tədris ili üçün tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi iyunun 10-da keçiriləcək. Tələbələr imtahana buraxılış vərəqələrini 6 iyun tarixindən etibarən www.student.sabah.edu.az saytındakı şəxsi kabinetə daxil olaraq yükləyə və çap edə bilərlər. İmtahana gələn zaman tələbələr buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidilər.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.

Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən tələbəni, 650-dən çox müəllim-professor heyətini əhatə edir.

2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.

Son xəbərlər

Orphus sistemi