SABAH qruplarına əlavə tələbə qəbulu olub

SABAH qruplarına əlavə tələbə qəbulu olub İxtisasların sayı 33-dən 37-yə yüksəlib
Elm və təhsil
5 Yanvar , 2015 13:29
SABAH qruplarına əlavə tələbə qəbulu olub

Bakı. 5 yanvar. REPORT.AZ/ SABAH qruplarına əlavə tələbə qəbulu başa çatıb. Əlavə qəbul 2014-2015-ci tədris ili üzrə SABAH qruplarına tələbə qəbulunun nəticələrinə əsasən formalaşdırılan bir sıra ixtisasların prioritetliyi və tələbələrin bu ixtisaslara marağı nəzərə alınaraq aparılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir.

Akademik göstəriciləri yüksək olan və II kursda təhsil alan 81 tələbə müsabiqə əsasında seçilərək Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetindəki mövcud və yeni yaradılan SABAH qruplarına yerləşdirilib. Bu tələbələr təhsillərini tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, inşaat mühəndisliyi, nəqliyyat tikintisi, ibtidai sinif müəllimliyi və kompüter mühəndisliyi ixtisasları üzrə davam etdirəcəklər. Bununla, SABAH qruplarında təhsil alan tələbələrin ümumi sayı 769-a çatıb. SABAH qruplarında ixtisasların sayı da artaraq, 33-dən 37-yə yüksəlib.

Qeyd edək ki, SABAH qruplarının 7 ali məktəbdə təhsil alan tələbələrindən 200-ə yaxını yataqxana ilə təmin olunub.

Son xəbərlər

Orphus sistemi