Sabah müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək

Sabah müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək Müsahibə Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə təşkil ediləcək
Elm və təhsil
18 May , 2016 12:35
Sabah müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək

Bakı. 18 may. REPORT.AZ/ Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin növbəti – müsahibə mərhələsi sabah keçiriləcək. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən xəbərə görə, müsahibə mərhələsi mayın 19-da saat 14:00 və 15:30-da 42 nömrəli tam orta məktəbdə təşkil ediləcək. 42 nömrəli məktəb Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi 6 ünvanında (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaxınlığında) yerləşir.

Müsabiqənin üçüncü (müsahibə) mərhələsinin vaxtı və yeri barədə məlumat iştirakçıların (www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçən şəxslərin) şəxsi səhifəsində yerləşdirilib, eyni zamanda, onların qeydiyyata alınmış mobil əlaqə nömrələrinə SMS vasitəsilə göndərilib. Müsahibəyə gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

Xatırladaq ki, müsabiqənin birinci – elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılıblar.

Müsabiqənin ikinci – test imtahanı mərhələsi mayın 14-də Azərbaycan Dövlət İqtisad Universitetinin II Tədris binasında təşkil edilib. Test imtahanında 288 nəfər iştirak edib. Test imtahanının nəticələrinə əsasən 176 nəfər Müsabiqənin növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi