AQTA: "Rusiyaya göndərilən bir sıra bitkiçilik məhsullarında artım olub"

AQTA: "Rusiyaya göndərilən bir sıra bitkiçilik məhsullarında artım olub" Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar nəzarətin gücləndirilməsi, ixrac olunan bitkiçilik məhsullarının təhlükəsiziliyi ilə bağlı tədbirlərini davam etdirir.
Elm və təhsil
9 Sentyabr , 2021 17:35
AQTA: Rusiyaya göndərilən bir sıra bitkiçilik məhsullarında artım olub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar nəzarətin gücləndirilməsi, ixrac olunan bitkiçilik məhsullarının təhlükəsiziliyi ilə bağlı tədbirlərini davam etdirir.

AQTA-dan "Report"a verilən məlumata görə, həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində 2021-ci ilin müvafiq dövrü ərzində fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycandan Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.

Belə ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 37677,93 ton xurma məhsulu ixrac olunub ki, bu da ötən illərlə müqayisədə 129 % artım deməkdir. Həmçinin 2021-ci ilin müvafiq dövrü ərzində əvvəlki illərlə müqayisədə bu ölkəyə ixrac alma məhsulu üzrə 21 % (32654,52 ton), kartof məhsulu üzrə 23 % (85015,5 ton), xiyar və kornişon məhsulu üzrə 112 % (3884,46 ton), şaftalı və nektarin məhsulu üzrə 182 % (19040,45 ton), qarpız məhsulu üzrə 151 % (6930,82 ton), təzə üzüm məhsulu üzrə 178 % (2905,16 ton), gavalı və göyəm məhsulu üzrə 47 % (5304,07 ton), çiyələk məhsulu üzrə 122 % (4686,05 ton), armud məhsulu üzrə isə 177 % (3088,6 ton) artıb.

Qeyd edək ki, 2021-ci ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan xurma məhsulunun 51 %-i, alma məhsulunun 99 %-i, kartof məhsulunun 43 %-i, xiyar və kornişon məhsulunun 62 %-i, şaftalı və nektarin məhsulunun 99,9 %-i, qarpız məhsulunun 99,6 %-i, təzə üzüm məhsulunun 100 %-i, gavalı və göyəm məhsulunun 96 %-i, çiyələk məhsulunun 100 %-i, armud məhsulunun 97 %-i avtomobil yolu, xurma məhsulunun 49 %-i, alma məhsulunun 1 %-i, kartof məhsulunun 57 %-i, xiyar və kornişon məhsulunun 38 %-i, şaftalı və nektarin məhsulunun 0,01 %-i, qarpız məhsulunun 0,4 %-i, gavalı və göyəm məhsulunun 4 %-i, armud məhsulunun 3 %-i dəmir yolu vasitəsilə daşınıb. Çiyələk və təzə üzüm məhsullarının daşınması zamanı dəmiryolu nəqliyyatından istifadə olunmayıb. Həmçinin Rusiyaya ixrac olunan 114531,58 ton pomidor məhsulunun 100 %-i də avtomobil nəqliyyatı ilə daşınıb.

Son xəbərlər

Orphus sistemi