Rusiya Dövlət Neft-Qaz Universitetinin nümayəndə heyəti BANM-da olub

Rusiya Dövlət Neft-Qaz Universitetinin nümayəndə heyəti BANM-da olub Moskvalı tələbələri BANM-in rektoru Elmar Qasımov qəbul edib
Elm və təhsil
25 Oktyabr , 2016 11:35
Rusiya Dövlət Neft-Qaz Universitetinin nümayəndə heyəti BANM-da olub

Bakı. 25 oktyabr. REPORT.AZ/ İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin (Milli Tədqiqat Universiteti) nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olublar

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (Society of Petroleum Engineers) Qubkin Universitetində fəaliyyət göstərən tələbə bölməsini təmsil edən 10 magistr tələbənin səfəri BANM-in tələbəsi və SPE-nin BANM-dəki tələbə bölməsinin nümayəndəsi Fəhmin Hüsüzadənin təşəbbüsü ilə BANM-in və SPE-nin Azərbaycan bölməsinin dəstəyi ilə təşkil edilib.

Ali Məktəbdə tələbələrin səfər proqramının açılış mərasimi Ali Məktəbin Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayevanın aparıcılığı ilə baş tutub. Sonra moskvalı tələbələri BANM-in rektoru Elmar Qasımov qəbul edib. O, tələbələri Ali Məktəbdə təhsil imkanları barədə ətraflı məlumatlandırıb və qonaqları BANM-in yeni kampusuna dəvət edib. Tələbələr kampusda yaradılan geniş imkanlarla və şəraitlə yaxından tanış olublar.

Moskvalı tələbələr SOCAR-ın baş ofisində olublar və İ.M.Qubkin adına Rusiya Neft və Qaz Universitetinin neft və qaz yataqlarının işlənməsi fakültəsinin məzunu, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovla görüşüblər. Bundan başqa, onlar Sənqaçal terminalında olublar, BP-Azərbaycan şirkətinin ofisində isə tələbələr üçün təqdimat təşkil olunub. Qonaqlar, həmçinin AMEA-nın Neft-kimya Prosesləri İnstitutunda da olublar.

Bakıya səfər çərçivəsində qonaqlar İçəri Şəhər, Qız Qalası, Dövlət Bayrağı Meydanında da olublar.

Son xəbərlər

Orphus sistemi