Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, iyulun 19-u qeyri-iş gününə təsadüf etdiyindən sözügedən I siniflər üzrə qəbul edilmiş uşaqlar üçün müəllim seçimini iyulun 26-dan etmək mümkün olacaq.