Rumıniya Beynəlxalq Riyaziyyat Olimpiadasına ev sahibliyi edəcək

Rumıniya Beynəlxalq Riyaziyyat Olimpiadasına ev sahibliyi edəcək Olimpiadaya azərbaycanlı riyaziyyatçılar da qatılacaq
Elm və təhsil
26 Oktyabr , 2017 05:11
Rumıniya Beynəlxalq Riyaziyyat Olimpiadasına ev sahibliyi edəcək

Buxarest. 26 oktyabr. REPORT.AZ/ 3-14 iyul 2018-ci il tarixində məktəblilər arasında Beynəlxalq Riyaziyyat Olimpiadası Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Rumıniyanın Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 9-10 iyul tarixlərində keçiriləcək müsabiqə şəhərin “Polivalenta” idman sarayında baş tutacaq. Növbəti 2 gündə isə nəticələr qiymətləndiriləcək. Qaliblərin adları isə iyulun 13-də elan olunacaq. Azərbaycan məktəblilərinin də iştirak edəcəyi yarışa 100 ölkədən 600-dək iştirakçı qatılacaq.

Qeyd edək ki, 1959-cu ildə Beynəlxalq Riyaziyyat Olimpiadası ilk dəfə Rumıniyada keçirilib.

Son xəbərlər

Orphus sistemi