Rezidenturaya qəbulun II mərhələsi üzrə qeydiyyat başlayıb

Rezidenturaya qəbulun II mərhələsi üzrə qeydiyyat başlayıb Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayıb.
Elm və təhsil
3 İyun , 2019 09:49
Rezidenturaya qəbulun II mərhələsi üzrə qeydiyyat başlayıb

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib iyunun 3-dən 10-dək qeydiyyatdan keçməlidirlər. 

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi