Bakı. 13 iyul. REPORT.AZ/ 2016/2017-ci tədris ilindən etibarən bütün istiqamətlər üzrə rezidenturaya qəbul imtahanın baza fənlərinin tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulub. Bu barədə "Report"a
Məlumata görə, "Patoloji anatomiya" və "Patoloji fiziologiya" fənlərinin "Patologiya" adı altında birləşdirilməsi, eyni zamanda bütün istiqamətlər üzrə baza fənləri sırasına "Histologiya" fənninin əlavə edilməsi planlaşdırılır.
Bununla yanaşı, tibbi biologiya istiqaməti üzrə baza fənləri sırasına "İnsan anatomiyası" və "Patologiya" fənləri, tibbi-profilaktika istiqaməti üzrə isə "İnsan anatomiyası", "Patologiya" və "Farmakologiya" fənləri daxil edilməsi də nəzərdə tutulur.
Dəyişikliklər nəzərə alınmaqla imtahan fənlərinin tərkibi aşağıdakı cədvəldə verilir:
Baza ali tibb təhsili səviyyəsində istiqamətlər (fakültələr) | Rezidenturaya qəbul üçün imtahan fənləri | |
Baza fənləri | İxtisas fənləri | |
1 | 2 | 3 |
I. Müalicə işi, Pediatriya |
İnsan anatomiyası İnsan fiziologiyası Histologiya
Patologiya Mikrobiologiya Farmakologiya Biokimya |
Daxili xəstəliklər (kardiologiya, pulmonologiya, qastroenterologiya, endokrinologiya, nefrologiya, hematologiya, nevrologiya, yoluxucu xəstəliklər, psixiatriya)
Cərrahlıq (ümumi cərrahlıq, cərrahi xəstəliklər, uşaq cərrahlığı) Mamalıq və ginekologiya Uşaq xəstəlikləri (uşaq xəstəliklərinin propedevtikası, neonatologiya) |
II. Stomatologiya |
İnsan anatomiyası İnsan fiziologiyası Histologiya
Patologiya Mikrobiologiya Farmakologiya Biokimya |
Terapevtik stomatologiya Ortopedik stomatologiya Üz-çənə cərrahiyyəsi
Uşaq stomatologiyası |
III. Tibbi-biologiya |
İnsan anatomiyası İnsan fiziologiyası Histologiya
Patologiya Mikrobiologiya Biokimya |
Klinik biokimya Genetika |
IV. Tibbi-profilaktika |
İnsan anatomiyası İnsan fiziologiyası Histologiya
Patologiya Mikrobiologiya Farmakologiya Biokimya |
Yoluxucu xəstəliklər Gigiyena (ümumi, kommunal, qidalanma, əmək)
Epidemiologiya |
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən, rezidenturada dövlət sifarişi əsasında təhsil alan şəxslər rezidenturanı bitirdikdən sonra Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində 3 il müddətində əmək fəaliyyətini davam etdirməlidirlər. Bununla əlaqədar rezidentlərlə Səhiyyə Nazirliyi arasında nazirlikdə təsdiq olunan "Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında" müqavilə bağlanılır.