Rezidentura və peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirilib

Rezidentura və peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirilib Bütün binalarda imtahan təlimata uyğun keçirilib
Elm və təhsil
171
16 Mart , 2015 09:38
Rezidentura və peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirilib

Bakı. 16 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 15-də 2015/2016-cı tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib. "Report" xəbər verir ki, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində isə 1 binada aparılıb.

Bütün binalarda imtahan təlimata uyğun keçirilib, namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

TQDK martın 15-də, həmçinin ölkənin bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirib. İmtahan 29 şəhər və rayonda təşkil olunub və bütün mərkəzlərdə imtahan prosesi təlimata uyğun aparılıb.

Son xəbərlər

Orphus sistemi