Bakı. 15 fevral. REPORT.AZ/ Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub.
Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
R.Camalova müsabiqədə “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. Bu uğuruna görə R.Camalova mayın 12-17-də ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı qazanıb.
R.Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biridir.
Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qaliblərə pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.
Qeyd edək ki,
Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası,