Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib Bakı. 7 aprel. REPORT.AZ/ Bakı şəhərində Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.
Elm və təhsil
7 Aprel , 2018 13:32
Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Bakı. 7 aprel. REPORT.AZ/ Bakı şəhərində Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.

Bakı Şəhər Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, Respublika mərhələsinin yarımfinal turunda Bakı şəhəri üzrə 2 264 şagird iştirak edib. Bakı şəhəri üzrə yarımfinal turu 18, 32, 189-190 və 276 nömrəli tam orta məktəblərdə keçirilib.

Olimpiadaların Respublika mərhələsinin yarımfinal turunda IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə biliklərini sınayıblar. İnformatika fənni üzrə olimpiada isə aprelin 8-də Bakı Mühəndislik Universitetində təşkil olunacaq.

Bundan əlavə, bilik yarışında xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən VII, VIII sinif şagirdləri də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirib.

Fənn olimpiadalarının yarımfinal turunda yuxarı nəticə göstərən şagirdlər final mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Qeyd edək ki, Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi