Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Elm və təhsil
1 Noyabr , 2018 17:06
Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva / Report / Elchin

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri və təhsil ekspertləri iştirak ediblər.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son illərdə təhsil sisteminin yenidən qurulması və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması uğurla həyata keçirilir: "Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi genişləndirilib, lisey və gimnaziyalarda təhsilin məzmunu müasir tələblərə uyğunlaşdırılıb".

O qeyd edib ki, 5 ildir Azərbaycanda beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir: "Ölkənin 17 rayonunda 60 xüsusi istedad sinfi yaradılıb".

Çıxışının sonunda nazir müavini qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.

Daha sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib.

Tədbirdə həmçinin nailiyyətləri ilə seçilən 13 ümumi təhsil müəssisəsinin rəhbərliyi də təltif olunub.

Qeyd edək ki, IV Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib. Müsabiqələrin rayon (şəhər) mərhələsində 15232, final mərhələsində isə 1363 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə, 169 nəfər qalib elan olunub. Onlardan 30 nəfər qızıl, 56 nəfər gümüş, 83 nəfər isə bürünc medal qazanıb.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi