Gənclər qısa zamanda həm bilik, həm bacarıq qazanaraq iş bazarına tam yararlı olmaq istəyir. Bu məqsədlə hazırda ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir.
"Report" xəbər verir ki, bu fikirləri ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib.
Rektor bildirib ki, belə proqramlar ali təhsili xüsusilə bölgələrdəki gənclərə daha əlçatan edəcək.
Onun sözlərinə görə, rəqabət mühitində universitetlər tədqiqat və innovasiya mərkəzlərinin fəaliyyətini artırmalı, iş bazarı və elm ocaqları bir-birinin ehtiyaclarından xəbərdar olmalı və onlar birlikdə qarşılanmalıdır.