Qoşulmama Hərəkatına üzv ölkələri vətəndaşları üçün Azərbaycanda təhsil qrantının məbləği dəyişdirilib

Qoşulmama Hərəkatına üzv ölkələri vətəndaşları üçün Azərbaycanda təhsil qrantının məbləği dəyişdirilib Nazirlər Kabineti 2018-ci il 19 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə dəyişiklik edib.
Elm və təhsil
31 Avqust , 2019 23:14
Qoşulmama Hərəkatına üzv ölkələri vətəndaşları üçün Azərbaycanda təhsil qrantının məbləği dəyişdirilib

Nazirlər Kabineti 2018-ci il 19 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə dəyişiklik edib.

"Report"un məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə 2.1-ci bəndin birinci cümləsi “Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir" - redaksiyası ilə verilib.

Həmin Qaydalara əlavə - “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində verilən təhsil qrantının məbləği” üzrə: 4.1. “(viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, zəruri tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, ildə bir dəfə ölkələrinə gediş və gəliş)” sözləri çıxarılıb. 

Qərara əsasən Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantı ilə təhsil alan vətəndaşlarına təqaüd veriləcək.

Orphus sistemi