Qobustanda 100 yerlik uşaq bağçasının açılışı olub

Qobustanda 100 yerlik uşaq bağçasının açılışı olub Dövlət başçısı uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsib
Elm və təhsil
1366
2 Oktyabr , 2017 10:32
Qobustanda 100 yerlik uşaq bağçasının açılışı olub
President.az

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Qobustan şəhər uşaq bağçası üçün binanın tikintisinə 2014-cü ilin martında başlanılıb. Burada inşaat işləri 2017-ci ilin avqustunda başa çatdırılıb. Ümumi sahəsi 826 kvadratmetr olan uşaq bağçasının binası 2 mərtəbəlidir. Burada 4 tədris və 4 yataq otağı var. Otaqların hamısı zəruri avadanlıq, o cümlədən yumşaq və bərk inventar, əyani vəsaitlərlə təchiz olunub. Bundan başqa, binada həmçinin oyun zalı, 2 kompüter otağı, həkim otağı, mətbəx də var. Bir sözlə, bu cür müəssisələrin yaradılması dövlətimizin gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür. Uşaq bağçasının həyətində abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi