“QHT Məktəbi” Payız proqramı üzrə ilk təlimlərinə başlayıb

“QHT Məktəbi” Payız proqramı üzrə ilk təlimlərinə başlayıb Azərbaycan Turizm İnstitutunun prorektoru proqramın ilk təlimini keçib
Elm və təhsil
1 Noyabr , 2016 19:48
“QHT Məktəbi” Payız proqramı üzrə ilk təlimlərinə başlayıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universiteti və Gənclər üçün Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “QHT Məktəbi” Payız proqramı üzrə ilk təlimlərinə başlayıb. 

Mərkəzdən "Report"a verilən xəbərə görə, Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzləyicisi Eldar Aslanov müasir dövrdə Azərbaycanda vətəndaş cəmiyyəti institutları və qeyri-kommersiya qurumları üçün təlim proqramlarının və kadr potensialının formalaşdırılmasının əhəmiyyəti barədə çıxış edərək, təlim iştirakçılarına universitetin inkişaf tarixi, gələcək hədəfləri, tədris prosesi və həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Layihə rəhbəri Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, bu gün ölkəmizdə digər sahələrdə olduğu kimi QHT-lərə də təcrübəli kadrlar lazımdır. Çünki bu təşkilatlarda yaxşı menecment, maliyyə davamlılığının qorunması, ictimai əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, kargüzarlıq və s. istiqamətlər üzrə konkret şəxslərin formalaşması nəinki QHT-nin öz inkişafına, ümumilikdə vətəndaş cəmiyyətinin ciddi imicinin formalaşmasına kömək edir.

Daha sonra Azərbaycan Turizm İnstitutunun prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov tərəfindən ilk təlim keçirilib. O, iştirakçılara QHT fəlsəfəsi mövzusunda nəzəri və praktiki biliklər verib.

Son xəbərlər

Orphus sistemi