Bu il keçiriləcək qəbul və buraxılış imtahanlarının tarixləri açıqlanıb

Bu il keçiriləcək qəbul və buraxılış imtahanlarının tarixləri açıqlanıb II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 22-də keçiriləcək
Elm və təhsil
25 May , 2017 17:21
Bu il keçiriləcək qəbul və buraxılış imtahanlarının tarixləri açıqlanıb
Report

Bakı. 25 may. REPORT.AZ/ Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarının, buraxılış imtahanlarının, orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarının tarixləri açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 22-də keçiriləcək.

Bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında təhsilalanların yekun qiymətləndirilməsi üçün keçirilən buraxılış imtahanları 2017 ci il 17, 23, 30 iyun tarixlərində aşağıdakı qrafikə uyğun təşkil olunacaq.

Tarix Şəhər (rayon)
17.06.2017 Bakı, Sumqayıt, Abşeron, Naxçıvan Muxtar Respublikası
23.06.2017 Lənkaran, Astara, Masallı, Lerik, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Mingəçevir, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızı
30.06.2017 Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Quba


DİM-dən verilən məlumata görə, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün iyunun 30-da keçiriləcək.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna , ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları və eksternat qaydasında yekun qiymətləndirmədə iştirak edən şəxslər üçün imtahanlar isə iyulun 5-də keçiriləcək.

Qeyd edək ki, cari ilin məzunları V ixtisas qrupu və orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə buraxılış imtahanları nəticələri əsasında iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi