Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb Dövlət İmtahan Mərkəzi tərəfindən 13-14 avqust tarixlərində respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları keçiriləcək.
Elm və təhsil
11 Avqust , 2020 14:48
 Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb
0 : 00
0 : 00

Dövlət İmtahan Mərkəzi tərəfindən 13-14 avqust tarixlərində respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları keçiriləcək.

“Report” xəbər verir ki, avqustun 13-də keçiriləcək imtahanlarda 19 197, avqustun 14-də keçiriləcək imtahanlarda isə 18 102 nəfər olmaqla, ümumilikdə 37 299 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur.

Bunlardan 14 232 nəfər II ixtisas qrupu, 22 607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.

Son xəbərlər

Orphus sistemi