Qəbul imtahanlarında abituriyentlərin 9,8 faizi 500-700 arası bal toplayıb

Qəbul imtahanlarında abituriyentlərin 9,8 faizi 500-700 arası bal toplayıb
Elm və təhsil
654
29 May , 2018 10:29
Qəbul imtahanlarında abituriyentlərin 9,8 faizi 500-700 arası bal toplayıb
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Təhsil eksperti Kamran Əsədov 2018-2019-cu il üçün ali məktəblərə ilk qəbul imtahanlarının bəzi nəticələrini açıqlayıb.

"Report"un xəbərinə görə, o bildirib ki, ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin 9,8 faizi 500-700 arası bal toplayıb.

K.Əsədov əlavə edib ki, yaz qəbul imtahanlarında ümumilikdə I-IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib: "I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 nəfər 500-700 arası bal toplayıb. II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb. III ixtisas qrupu üzrə 18900 nəfər iştirak edib, onlardan 2145 nəfər 500 - 700 arası bal toplayıb. IV ixtisas qrupu üzrə 4981 nəfər iştirak edib, onlardan 1365 nəfəri 500-700 arası bal toplayıb".

Kamran Əsədov xatırladıb ki, 2018-2019-cu tədris ili üçün ali məktəblərə 45 min plan yeri ayrılıb: "Yaz sessiyasının qəbul  imtahanlarında 10 nəfər maksimum nəticə, 700 bal toplayıb".