​Qax və Oğuz Bilik evlərində imtahan keçirilib

​Qax və Oğuz Bilik evlərində imtahan keçirilib Bilik evlərində 73 nəfər təlim keçib
Elm və təhsil
5 İyul , 2016 20:37
​Qax və Oğuz Bilik evlərində imtahan keçirilib

Bakı. 5 iyul. REPORT.AZ/ Bilik Fondunun Qax və Oğuz rayonlarındakı Bilik evlərində “İngilis dili”, “Rus dili” və “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlim kurslarında buraxılış imtahanları aparılıb.

Bu barədə "Report"a fondun mətbuat xidmətindən məlumat verilib.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın rəhbərlik etdiyi və mütəxəssislərin cəlb olunduğu imtahan komissiyası kurs iştirakçılarınınm biliklərini müsahibə, fərdi tapşırıq, tərcümə işi, test tapşırıqları ilə yoxlayıb.

2015-ci ilin oktyabrından fəaliyyət göstərən Qax və Oğuzdakı Bilik evlərində 73 nəfər təlim keçib, növbəti kurslara yazılmaq üçün indiyədək 100-dən çox gənc müraciət edib. İstisnasız olaraq bütün dinləyicilərin iştirak etdiyi imtahanların nəticələri öyrənildikdən sonra nəticələri məqbul hesab edilən məzunlara 15 sentyabr - Bilik günündə Bilik Fondunun serifikatları təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi