Qarabağ bölgəsində IX siniflər üzrə buraxılış imtahanlarının birinci mərhələsi keçirilib - VİDEO

Qarabağ bölgəsində IX siniflər üzrə buraxılış imtahanlarının birinci mərhələsi keçirilib - VİDEO Bərdə. 10 mart. REPORT.AZ/ Qarabağ bölgəsində yerləşən 4 rayonda IX siniflər üzrə buraxılış imtahanlarının birinci mərhələsi keçirilib.
Elm və təhsil
10 Mart , 2019 18:16
Qarabağ bölgəsində IX siniflər üzrə buraxılış imtahanlarının birinci mərhələsi keçirilib - VİDEO

Bərdə. 10 mart. REPORT.AZ/ Qarabağ bölgəsində yerləşən 4 rayonda IX siniflər üzrə buraxılış imtahanlarının birinci mərhələsi keçirilib.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Bərdə regional bölməsinin əhatə etdiyi Ağdam, Bərdə, TərtərYevlax rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi başa çatıb.

İmtahanların keçirilməsi üçün Ağdamda 3, Bərdədə 5, Tərtərdə 2, Yevlaxda 3 imtahan mərkəzi ayrılıb. İmtahanlarda Ağdam rayonu üzrə 982, Bərdə rayonu üzrə 2234, Tərtər rayonu üzrə 832, Yevlax rayonu üzrə min 350 şagirdin iştirakı nəzərdə tutulub. İmtahan 3 saat davam edib. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib.

Buraxılış imtahanları 13 ümumi imtahan rəhbəri, 39 imtahan rəhbəri461 nəzarətçi müəllim tərəfindən idarə olunub. İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qayda pozuntusu qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi