Prokurorluq orqanlarında işləmək istəyənlər üçün keçiriləcək yazılı imtahan mərhələsinin vaxtı açıqlanıb

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün keçiriləcək yazılı imtahan mərhələsinin vaxtı açıqlanıb Prokurorluq orqanlarına işləmək üçün yazılı imtahan mərhələsinin vaxtı məlum olub.
Elm və təhsil
15 Avqust , 2019 17:23
Prokurorluq orqanlarında işləmək istəyənlər üçün keçiriləcək yazılı imtahan mərhələsinin vaxtı açıqlanıb

Prokurorluq orqanlarına işləmək üçün yazılı imtahan mərhələsinin vaxtı məlum olub.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Yazılı imtahan mərhələsi avqustun 21-də saat 10:00-dan başlayaraq 4 saat müddətində Bakı İdman Sarayında keçiriləcək.

İmtahanı müşahidə etmək üçün müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət ediləcəklər.

Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilib.

Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı 19, 20 avqust 2019-cu il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

İmtahanla bağlı əlavə məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi