Prokurorluq orqanlarında işləmək istəyən 284 namizəd tеst imtаhаnı verəcək

Prokurorluq orqanlarında işləmək istəyən 284 namizəd tеst imtаhаnı verəcək Dövlət İmtahan Mərkəzi (DİM) Baş Prokurorluqla birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Elm və təhsil
7 Avqust , 2019 10:02
Prokurorluq orqanlarında işləmək istəyən 284 namizəd tеst imtаhаnı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) Baş Prokurorluqla birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən "Report"a verilən məlumata görə, işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 284 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan avqustun 9-da saat 10.00-da Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) başlayacaq.

Prokurorluğa işə qəbulla bağlı müsabiqədə iştirak edəcək namizədlər 7-8 avqust tarixlərində saat 10.00-dan 18.00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdiriləcək.

Test imtahanı 3 sааt dаvаm еdir. İmtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunаcаq. İхtisаs üzrə 80 suаl hüququn müхtəlif sаhələrini əhаtə еdir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yохlаmaq üçün nəzərdə tutulub. Məntiqi suаllаrа vеrilən hər düzgün cаvаb 0.5 bаllа qiymətləndirilir. Müsabiqə şərtlərinə uyğun olaraq test imtahanında 70 və dаhа çох bаl tоplаmış namizədlər növbəti mərhələyə burахılacaqlar. 

Son xəbərlər

Orphus sistemi