Prezident İlham Əliyev 46 saylı məktəbin təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub

Prezident İlham Əliyev 46 saylı məktəbin təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə görülən işlər barədə dövlət başçısına məlumat verib
Elm və təhsil
29 Avqust , 2014 14:40
Prezident İlham Əliyev 46 saylı məktəbin təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub

Bakı. 29 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 46 saylı tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Report-un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə görülən işlər barədə dövlət başçısına məlumat verib. H.Abutalıbov bildirib ki, 46 nömrəli tam orta məktəbin binası 1969-cu ildə inşa olunub. Dörd mərtəbədən, 65 sinif otağından ibarət məktəb 1560 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımi avadanlıq və ləvazimatla təchiz olunub. Məktəbdə vergilər mövzusunda dərslərin keçirilməsi üçün xüsusi kabinetlər də yaradılıb. Məktəbdə ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb.

Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarını gəzib, fənn kabinetlərində yaradılan şəraitlə tanış olub.

Son xəbərlər