Polyak dili üzrə bazar günü məktəbinin açılışı təxirə salınıb

Polyak dili üzrə bazar günü məktəbinin açılışı təxirə salınıb Məktəbi gələn ilin yanvar ayında açmağı planlaşdırırlar
Elm və təhsil
25 Sentyabr , 2014 17:36
Polyak dili üzrə bazar günü məktəbinin açılışı təxirə salınıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakıda pulsuz polyak dili üzrə bazar günü məktəbi gələn ilin yanvar ayında açılacaq.

Bu barədə "Report"a Polşanın Azərbaycanın Bakıdakı səfirliyindən bildirilib.

Belə ki, polyak dilini öyrənmək arzusunda olan şəxslər müvafiq ərizə ilə diplomatik nümayəndəliyə müraciət edə bilərlər. 

Xatırladaq ki, polyak dili üzrə bazar günü məktəbi bu il sentyabr ayında Bakı Slavyan Universitetində açılmalı idi, lakin müəyyən səbəblərə görə onun açılışı başqa vaxta ertələnib.