Polşa səfiri və xanımı BSU-da Novruz bayramı münasibətilə keçirilən tədbirə qatılıb

Polşa səfiri və xanımı BSU-da Novruz bayramı münasibətilə keçirilən tədbirə qatılıb Tələbələr milli rəqslər nümayiş etdirib, yumurta döyüşdürüb, papaq atıblar
Elm və təhsil
13 Mart , 2015 21:08
Polşa səfiri və xanımı BSU-da Novruz bayramı münasibətilə keçirilən tədbirə qatılıb

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Polyak dili və Mədəniyyəti Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib. 

BSU-dan "Report"a verilən məlumata görə, mərasimdə Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Harek Tsalka və onun xanımı Malgozata Oldakonska Tsalka, habelə səfirliyin konsulu Antonina Michalonska, BSU-nun rektoru, professor Asif Hacıyev, universitetin müəllim heyəti, polşaşünaslıq üzrə təhsil alan tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində Novruz bayramının tarixi və adətlərini əks etdirən polyak və Azərbaycan dillərində prezentasiyanın təqdimatı iştirakçıların marağına səbəb olub. Şən əhval-ruhiyədə keçən bayram tədbirində tələbələr milli rəqslər nümayiş etdirib, Novruz bayramının ənənəsinə uyğun olaraq yumurta döyüşdürüb, papaq atıblar.

Görüşdən razı qalan əcnəbi qonaqlar BSU rəhbərliyinə, o cümlədən tələbələrə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi