Peşə təhsilini seçən qadınların sayı artıb

Peşə təhsilini seçən qadınların sayı artıb Peşə təhsil pilləsinə elektron qəbulun II mərhələsi üzrə müraciət edənlər arasında qadınların payı 30%-i ötüb.
Elm və təhsil
15 Sentyabr , 2020 12:33
Peşə təhsilini seçən qadınların sayı artıb

Peşə təhsil pilləsinə elektron qəbulun II mərhələsi üzrə müraciət edənlər arasında qadınların payı 30%-i ötüb.

Bu barədə "Report"a Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Qeyd edək ki, bu pozitiv tendensiya son illərdə aydın müşahidə olunmaqdadır. Belə ki, 2018-2019-cu tədris ili üzrə peşə təhsilini seçənlər arasında qadınların payı 24%, 2019-2020-ci tədris ili üzrə isə 25% təşkil etdiyi təqdirdə, hazırda müraciət edənlərin sayı 30%-ə yüksəlib. Artan dinamika ilə inkişaf edən müraciət sayı qadınlar arasında ildən ilə peşə təhsilinə olan marağın və ümumilikdə peşə təhsilinin nüfuzunun artmasının bariz göstəricisidir.

Peşə təhsil müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsi daha öncə olduğu kimi https://qebul.vet.edu.az/ platforması üzərindən elektron qaydada, ödənişsiz formada 2 mərhələdən ibarət şəkildə aparılır. Boş qalan yerlərə elektron müraciət 14 sentyabr saat 18:00-dək davam etmişdir. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat Şəxsi kabinetim bölümündə yenilənir.

Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə sms vasitəsilə məlumat təqdim olunacaq. Uğurlu nəticə göstərən şəxslərin qəbul olduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar 15 sentyabr saat 20:00-dək şəxsi kabinet bölümündə yer alacaq. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Son xəbərlər

Orphus sistemi