“Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyəti təsdiqlənib - SİYAHI

“Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyəti təsdiqlənib - SİYAHI Bakı. 20 iyul. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında əmr imzalayıb.
Elm və təhsil
20 İyul , 2018 11:55
“Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyəti təsdiqlənib - SİYAHI
Təhsil naziri Ceyhun Bayramov / Report
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında əmr imzalayıb.

“Report”un xəbərinə görə, redaksiya heyətinin sədri Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad üzrə elmlər doktoru, professor Famil Mustafayevdir.

Redaksiya heyətinin üzvləri Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad üzrə elmlər doktoru Müslüm İbrahimov, Azərbaycan Texniki Universitetinin kafedra müdiri Rasim Əlizadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Müseyib İlyasov, Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri Novruz Quliyev, Bakı Ali Neft Məktəbinin müəllimi Fuad Vəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri Fərid Ağayev, Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili, Təhsil İnstitutunun şöbə müdiri Rəsul Əsgərov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Nəzakət Mehdiyeva, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Həsənov, Tovuz Peşə Liseyinin direktoru Tanırverdi Tanırverdiyev, Abşeron Ceyranbatan Peşə Liseyinin ixtisas fənn müəllimi, peşə hazırlığı üzrə metodkomissiya sədri Hikmət Camalovdur.

Son xəbərlər

Orphus sistemi