Peşə təhsili sahəsi üzrə səriştələrin tanınması prosesinin detalları açıqlanıb

Peşə təhsili sahəsi üzrə səriştələrin tanınması prosesinin detalları açıqlanıb Bakı. 31 oktyabr. REPORT.AZ/ Vətəndaşların peşə təhsili sahəsi üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri səriştələrin tanınması prosesinin iki hissədən ibarət olması nəzərdə tutulub.
Elm və təhsil
31 Oktyabr , 2018 13:50
Peşə təhsili sahəsi üzrə səriştələrin tanınması prosesinin detalları açıqlanıb
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Vətəndaşların peşə təhsili sahəsi üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri səriştələrin tanınması prosesinin iki hissədən ibarət olması nəzərdə tutulub".

"Report" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Təhsil standartları və tədris resursları şöbəsinin müdiri Məcid Bayramlı "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda keçirilən konfransda çıxışı zamanı məlumat verib.

Şöbə müdirinin müavini bildirib ki, prosesin bir hissəsi yazılı, digər hissəsi praktik formada həyata keçirilən imtahan kimi nəzərdə tutulur: "Nəzəri hissəsi testlə keçirilə bilər. Prosesin praktik hissəsində imtahanı götürəcək insanın həmin sahə üzrə mütəxəssis olması vacibdir. Buna görə də ekspertlərin müəssisələri təmsil edən mütəxəssislərdən ibarət olmasına üstünlük veririk. Qiymətləndirilmə üçün infrastrukturun olması da vacibdir. Eyni zamanda, sertifikatlaşmanın keçiriləcəyi müəssisələr də müəyyənləşməlidir".

M.Bayramlı deyib ki, səriştələrin tanınması prosesini idarə edəcək mərkəzin qurulması nəzərdə tutulub. Sertifikatlaşma mərkəzi səriştələrin tanınması üzrə bütün normativ sənədləri, bütün prosesləri təşkil edəcək qurum olacaq. Hazırda mərkəzin hansı formada qurulması üzrə danışıqlar aparılır . Yaxın gələcəkdə mərkəzin normativ hüquqi bazasının formalaşdırılmasının yekunlaşdırılması nəzərdə tutulur".

M.Bayramlı əlavə edib ki, səriştələrin tanınması prosesinin məntiqi nəticəsi olaraq, veriləcək sənədlər işə qəbulu zamanı tanınacaq: "Səriştələrin tanınması prosesinin həyata keçirilməsi üçün ilkin olaraq sənədlərin qəbulu aparılacaq. Bu zaman müraciət edən şəxsin iddia etdiyi ixtisas üzrə bilik və bacarıq səviyyəsinin şifahi olaraq yoxlanılacaq. İlkin prosesindən sonra imtahan mərhələsi gəlir. Bu mərhələ yazılı və praktik olmalıdır. İmtahanın nəticələrinə uyğun olaraq, müvəffəqiyyətli nəticə göstərən şəxs dövlət nümunəli sənəd ələ edəcək. İmtahanda aşağı nəticə göstərən şəxs təlimlərə cəlbi nəzərdə tuturuq. Şikayətləri olan şəxslər üçün apelyasiya şikayətinin verilməsi imkanın da yaradılması nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi