Peşə məktəblərinə qəbul şərtləri yaxın günlərdə açıqlanacaq

Peşə məktəblərinə qəbul şərtləri yaxın günlərdə açıqlanacaq Peşə təhsili müəssisələrinə elektron sənəd qəbulunun birinci mərhələsi başa çatıb.
Elm və təhsil
3 Sentyabr , 2020 10:11
Peşə məktəblərinə qəbul şərtləri yaxın günlərdə açıqlanacaq
0 : 00
0 : 00

Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbulu yekunlaşıb. 

"Report" xəbər verir ki, 26 avqust – 2 sentyabr tarixlərində keçirilən sənəd qəbulu zamanı uğurlu nəticə göstərənlərin 84.2 faizi müvafiq sənədlərini qəbul olunduqları peşə təhsili müəssisələrinə təqdim edib.

2020-2021-ci tədris ili üzrə müraciət edən şəxslər arasında yalnız ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər deyil, həmçinin orta ixtisas və ali təhsili başa vurmuş şəxslər də yer almaqdadır. Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsi çərçivəsində 109 orta ixtisas təhsilli və 73 ali təhsilli şəxs müraciət edib. 

Qısa müddət ərzində boş qalmış yerlər üzrə peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinə start veriləcək. I mərhələdə olduğu kimi peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər II mərhələdə də elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər. Qeyd olunan mərhələ üzrə qəbulun başlama zamanı və qəbul şərtləri barədə məlumat yaxın günlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində yer alacaq.

Son xəbərlər

Orphus sistemi