Övladları 14 saylı məktəbdə oxuyan valideynlərin narazılığına aydınlıq gətirilib

Övladları 14 saylı məktəbdə oxuyan valideynlərin narazılığına aydınlıq gətirilib Bakı. 28 noyabr. REPORT.AZ/ Övladları Bakının 14 saylı tam orta məktəbində oxuyan valideynlərin narazılığına aydınlıq gətirilib.
Elm və təhsil
28 Noyabr , 2017 14:40
Övladları 14 saylı məktəbdə oxuyan valideynlərin narazılığına aydınlıq gətirilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Övladları Bakının 14 saylı tam orta məktəbində oxuyan valideynlərin narazılığına aydınlıq gətirilib.

Məktəbdən "Report"a verilən məlumatda görə, təhsil müəssisəsinin rus bölməsində təhsil alan 1 nəfər III sinif şagirdinin (müvafiq səbəblərə görə adını qeyd etmirik) davranışı ilə bağlı yaranmış problemə görə məktəb rəhbərliyi həmin şagirdin sinfini dəyişərək onu digər paralel sinfə keçirib. Lakin digər şagirdlərin valideynləri həmin şagirdin bu sinfdə oxumasına etirazlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq, məsələ öz həllini tapmayıb.

Valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıblar. Qeyd olunan şagirdin valideynləri onların övladlarına qarşı olan münasibətə görə polisə müraciət ediblər. Digər valideynlər də bu məsələnin araşdırılaraq həll olunmasını tələb edirlər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, valideynlərlə söhbət aparılıb.

Psixoloqlar da məsələnin həllinə cəlb olunub. Problemin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.

Bəzi yanlış məlumatlarda qeyd olunduğunun əksinə, məktəbdə hər hansı kütləvi etiraz halı baş verməyib. Bu, sadəcə qeyd olunan məsələ ilə bağlı bir neçə valideyn arasında baş vermiş problemdir. Məktəbdə tədris prosesi normal şəkildə davam edir.

Məktəbdən bildirilib ki, araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi